Salam, öncəliklə burda olduğunuz üçün şanslı olduğunuzu qeyd etmək istəyirik, qeyd edək ki, bu PDF RedMark marketinq agentliyi tərəfindən hazırlanmışdır.

Deyirlər, bir işə başlamaq üçün öncə “Niyə?” sualını vermək lazımdır. O zaman belə bir sualla başlayaq:

Niyə marketinq?

Düşünün, siz körpünün başlanğıcında sizin müştəriniz ola biləcək şəxslər isə körpünün sonundadır. Ortadakı körpü, məhz, marketinqdir. Lakin körpünü düzgün inşa edib, etməmək mövzusu da var. Əgər körpü sağlam və düzgün qurulubsa, siz potensial müştərilərə sata biləcəksiniz, əgər belə deyilsə o zaman bu körpü yarı yolda qırılacaq və siz heçnə əldə edə bilməyəcəksiniz.



Bazarda demək olar hər gün yeni şirkətlər açılır və demək olar ki bir o qədər də bağlanır. Niyə bir çox şirkətlər bazarda qala bilir bəziləri isə tərk edir?



Cavab çox sadədir, əgər şirkətlər marketinqə lazımsız xərc kimi baxırsa, həmin şirkət rəqiblərin arasında batmağa və iflas etməyə məhkumdur. Büdcə ayıran şirkətləri isə tamam başqa tale gözləyir.



Bu şirkətlərin hədəfi marketinqə ayırdıqları büdcəni bu vasitə ilə qaytarmaq deyil. Onlar ayrılan büdcənin qat-qat çoxunu istəyirlər, vizyon böyükdür və onlar marketinqin nə dərəcədə önəmli olduğunu anlayırlar.

Əgər vizyon böyük amma gediləcək yol naməlumdursa, deməli problem var, bu problemin isə iki həll yolu var:
  1. Marketinq komandası yaratmaq: Ən böyük üstünlüyü olmasındansa, olması daha yaxşıdır.
  2. Marketinq agentlikləri ilə əməkdaşlıq etmək: Bu seçim daha xərcli, uzun zaman alan və çox problemlər üzə çıxaran bir seçimdir.

Gəlin iki variantı da müqayisə edək.



Marketinq komandası yaratmağın ən böyük bir üstün cəhəti var: olmamasındansa, olması daha yaxşıdır.



Digər aspektlərdən baxdıqda biz görürük bu variant daha xərcli, daha uzun zaman alan və daha çox problemlər üzə çıxaran seçimdir. Siz o zaman marketinq agentliyi qurmaq istəyərsiniz ki, sizin marketinq işləriniz dəhşətli dərəcədə çox olsun, bu isə ölkədə yalnız seçilən şirkətlərdə var, hətta onlar belə bəzi məsələlərdə agentliklərə müraciət edir.



Agentlikdə isə siz artıq hər hansısa bir komandanın problemləri ilə üzləşmirsiniz, qısa zamanda nəticə alırsınız, daha az xərciniz çıxır və s.



Nümunə üçün marketinq agentliyi ilə əməkdaşlıq olan brendlərin necə nəticə aldıqlarını aşağıdakı fotolardan görə bilərsiniz.


Bu brendlər bizimlə əməkdaşlıq edən brendlərdir. Qeyd edək ki, bütün brendlərə eyni yanaşmırıq, hər bir brend üçün individual strategiya qurulur və daha sonra işə başlanılır. Təbii ki, bu hissədə sizin də fikirləriniz dəyərləndirilir.



Lakin biz marketinqin bir mənfi cəhətini də bildirmək istəyirik. Əgər sizin məhsul və ya xidmətiniz keyfiyyətsizdirsə, marketinqdən istifadə etməyin, bu sizə ziyan verəcək. Çünki, marketinq uğurlu olub məhsul/xidmət uğursuz olarsa, bir o qədər çox insan bunu biləcək və sizin reputasiyanız düşəcək. Lakin əgər vəziyyət belə deyilsə marketinqdən istifadə sizə ziyan yox, xeyir verəcək.



Əgər məqaləni bura qədər oxudunsa sənin üçün bir sürprzimiz var: 1 SAATLIQ PULSUZ KONSULTASİYA.



Konsultasiya zamanı biz sizin beyninizdə olan bütün suallara cavab verəcəyik və sizin biznesinizin marketinqini ödənişsiz şəkildə sizinlə birgə analiz edəcəyik. Sonda isə siz artıq biləcəksiniz ki, nəyi necə etmək lazımdır.